TANAP-ın açılışını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan edəcək
Energetika
- 10 iyun, 2018
- 11:30
Bakı. 10 iyun. REPORT.AZ/ Azərbaycan qazını Türkiyə üzərindən Avropaya daşıyacaq Trans Anadolu Qaz Boru Kəmərinin (TANAP) açılışını iyunun 12-də Əskişəhərdə prezident Rəcəb Tayyib Ərdoğan edəcək.
“Report” "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, TANAP ilə Azərbaycanın Xəzər dənizində yerləşən "Şahdəniz-2" qaz yatağı və Xəzərin cənubundakı digər yataqlardan hasil olunacaq qazın əvvəlcə Türkiyəyə, sonra da Avropaya daşınması planlaşdırılır.
Bildirilir ki, açılış mərasimində dost və layihədə maraqlı olan ölkələrin dövlət və hökumət başçıları, onların enerji nazirləri, enerji şirkətlərinin rəhbərləri və yüksək səviyyəli şəxslər iştirak edəcək.
Son xəbərlər
01:02
Tramp: ABŞ tezliklə İranın Natanzdakı nüvə obyektini bombalaya bilər
Digər ölkələr00:49
SEPAH: ABŞ-nin iki pilotsuz təyyarəsi vurulub
Region00:27
CNN: Tramp Lindsi Qremin Rusiyaya qarşı irəli sürdüyü sanksiyalar paketini dəstəkləyəcək
Digər ölkələr00:00
CENTCOM: ABŞ iyulun 15-də İran limanlarının blokadasını bərpa edəcək
Digər ölkələr23:47
"Tasnim": Hörmüz boğazında bir neçə gəmi atəşə tutulub
Digər ölkələr23:33
Paris və Kiyev Ukraynada idarə olunan bomba və raketlər istehsal edəcəklər
Digər ölkələr23:17
Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 4 500 nəfəri keçib
Digər ölkələr23:01
Ukrayna parlamentinə Baş nazir Yuliya Sviridenkonun istefa ərizəsi daxil olub
Digər ölkələr22:41