SOCAR yanvarda Ceyhan limanından 1,4 mln. ton xam neft ixrac edib
Energetika
- 01 fevral, 2017
- 12:00
Bakı.1 fevral.REPORT.AZ/Yanvar ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ceyhan limanından 1 398 440 ton xam neft ixrac edib.
“Report” bu barədə SOCAR-a istinadən xəbər verir.
Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neft göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarına ixrac edilir. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır, gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir.
Son xəbərlər
15:23
İran Milli Bankının Bakı filialının mənfəəti 13 % azalıb
Maliyyə15:20
Azərbaycandakı sığorta şirkətlərinin uzunmüddətli öhdəliklərinin məbləğinə görə renkinqi (01.01.2026)
Maliyyə15:12
Mirzoyan: TRIPP layihəsinin tikintisi üçün Ermənistana üçüncü ölkənin dəstəyi zəruridir
Region15:12
MİDA-nın bir qrup əməkdaşı "Tərəqqi" medalı ilə təltif edilib
Daxili siyasət15:09
İsrail Qəzzada "Kətibət əl-Mücahidin" qruplaşmasının üzvünü öldürüb
Digər ölkələr15:02
Foto
Kamran Əliyev Bakının Nizami rayonunda vətəndaşları qəbul edib
Daxili siyasət15:02
Azərbaycan əsas tədarük bazarından qurudulmuş üzüm tədarükünü kəskin artırıb
Biznes15:00
Foto
İslam Sivilizasiyası Mərkəzi və Türk Mədəniyyəti və İrsi Fondu əməkdaşlıq memorandumu imzalayıblar
Mədəniyyət siyasəti15:00