“SOCAR Ukraine” “Tengizchevroil” şirkətindən maye qaz alıb
Energetika
- 26 iyul, 2017
- 06:33
Bakı. 26 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə şirkəti “SOCAR Energy Ukraine” Qazaxıstanın “Tengizchevroil” şirkətindən maye qaz idxal edib.
“Report” “Nefterynok” saytına istinadən xəbər verir ki, bu barədə “Upeco” konsaltinq şirkəti məlumat yayıb.
Qeyd edilib ki, təchizatın həcmi təxminən 310 ton maye qaz (175 ton propan, 135,5 ton butan fraksiyası) olub.
Maye qazın idxalçısı qismində “SOCAR Energy Ukraine” çıxış edib. Çatdırılma SOCAR-ın ticarət evi – “SOCAR Trading SA” vasitəsilə həyata keçirilib.
“SOCAR Energy Ukraine” şirkətinin qaz bölümü olan “SOCAR LPG”-dən bildirilib ki, bu həcm Kiyev regionunun topdansatış seqmentində satılır.
Son xəbərlər
11:21
Pakistan İran və ABŞ-ya çağırış edib
Digər ölkələr11:08
Foto
Video
Hacıqabulda avtobus qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-2
Hadisə10:47
Foto
Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
Fərdi10:42
Senator Lindsi Qrem vəfat edib
Digər ölkələr10:24
Güclü yağış Telavidə daşqına səbəb olub, küçələr su altında qalıb
Region09:53
Murat Yakın: "Hakimin səhvi bizi cəzalandırdı"
İdman09:49
Bakıda küləyin maksimal sürəti 17 m/s-yə çatır - FAKTİKİ HAVA
Ekologiya09:40
Qətərin keçmiş əmiri vəfat edib
Digər ölkələr09:17