“SOCAR Ukraine” qaz idxalını 1,5 dəfə artırıb
Energetika
- 13 iyul, 2017
- 07:01
Bakı. 13 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti olan “SOCAR Ukraine” iyun ayında may ayı ilə müqayisədə Ukraynaya qaz idxalını 1,5 dəfə artırıb.
“Report” “OilNews” saytına istinadən xəbər verir ki, bu barədə “A-95” konsaltinq qrupundan məlumat verilib.
“İyun ayında SOCAR Polşa vasitəsilə Ukraynaya təxminən 36 mln. kubmetr qaz gətirərək qaz idxalını 1,5 dəfə artırıb”,- deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, SOCAR-ın Ukraynada nümayəndəliyi 2008-ci ildə açılıb. Hazırda şirkətin Ukraynada 60 yanacaqdoldurma məntəqəsi, Kiyevdə “Baku-1” və Odessada “Gəncə” adlı neftdoldurma gəmiləri var.
Son xəbərlər
05:15
Macarıstanda yeni temperatur rekordu qeydə alınıb
Ekologiya04:42
İsrail qüvvələri "Hizbullah"a məxsus böyük yeraltı obyekti dağıdıb
Region04:00
Pakistan təhlükəsizlik qüvvələri 29 terrorçunu öldürüb
Digər ölkələr03:36
NYT: Trampın oğulları Qazaxıstanda volfram yataqları layihəsində pay alıblar
Digər ölkələr03:05
"FT": Hörmüz boğazında gəmiçiliyin bərpası minalar səbəbindən aylar çəkəcək
Region02:42
Putin Avropa liderlərinin Trampın Ukrayna ilə bağlı mövqeyinə təsirini şübhə altına alıb
Region02:12
Binəqədi rayonunun bir hissəsində qaz kəsiləcək
Energetika01:58
Nizami rayonunun bəzi ərazilərində işıq olmayacaq
Energetika01:36