SOCAR Slovakiya şirkəti ilə əməkdaşlığı genişləndirir
Energetika
- 03 mart, 2026
- 16:28
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Slovakiyanın SPP şirkəti arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
"Report" SOCAR-a istinadən xəbər verir ki, bu müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin SPP-nin İdarə Heyətinin sədri Yuray Ondris ilə görüşdə aparılıb.
Görüşdə Azərbaycan ilə Slovakiya arasında enerji sektorunda uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib. Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində strateji əhəmiyyəti qeyd olunub. 2024-cü ilin dekabrından Azərbaycan qazının Slovakiyaya təchizatına başlanılmasının əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı iki şirkət arasında həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Son xəbərlər
01:24
Video
Suriya ilə Türkiyə arasında əməkdaşlıq memorandumu imzalanıb
Digər ölkələr01:19
Azərbaycan Milli Xalça Muzeyində "Bir mədəniyyət xəzinəsi: Divanü lüğat-it-türk" sərgisi açılıb
Mədəniyyət siyasəti01:00
DÇ-2026: Fransa - İsveç oyunu başlayıb
Futbol00:59
Əraqçi İranın DÇ-2026-dan kənarda qalmasına sevinən amerikalı naziri tənqid edib
Region00:41
Slovakiyada ardıcıl ikinci gün temperatur rekordu yenilənib
Digər ölkələr00:23
Ukrayna İsveçdən 16 ədəd "Gripen E" qırıcı təyyarəsi alacaq
Digər ölkələr00:06
ABŞ ilə razılaşmadan sonra İran nefti 20 % bahalaşıb
Region00:03
İran Fars körfəzində baş verənləri atəşkəsin pozulması hesab edir
Region23:51