SOCAR rəsmisi: "Dekarbonizasiya səyləri kommersiya dəyəri gətirir"

Energetika
  • 30 sentyabr, 2025
  • 12:51
SOCAR rəsmisi: Dekarbonizasiya səyləri kommersiya dəyəri gətirir

Dekarbonizasiya səyləri Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) kommersiya dəyəri gətirir.

"Report" xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidentinin müavini Hikmət Abdullayev "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) 2-ci günündə bildirib.

Onun sözlərinə görə, bunun çoxsaylı nümunələri var: "Bura peyk təsvirləri vasitəsilə metan tullantılarının mənbəyinin aşkar edilməsi daxildir. Keçən il bu tip bir neçə halla qarşılaşdıq. Aşkar edilmiş mənbələr dərhal operatorlara, müvafiq yerli komandalara bildirildi, bu tullantıların mənbələri aradan qaldırıldı və əvvəllər itirilən qaz sistemə qaytarıldı, məhsul kimi satıldı. Bu, şirkət daxilində dekarbonizasiya səylərinin hərəkətvericisi kimi mövqeyimizi gücləndirir".

SOCAR rəsmisi əlavə edib ki, dekarbonizasiyanın əvvəlində rəqiblərindən bir az geridə qalsalar da , bazarda bütün zəruri texnologiyaların mövcudluğu şirkətə üstünlük qazandırıb: "Beləliklə, biz bir az gec qalsaq da, kifayət qədər səmərəli və sürətlə irəliləyirdik. Çünki texnologiyalar artıq mövcud idi. Ölçmə proqramımıza başlayan kimi, məlumat axını dərhal həzm etmək və idarə etmək üçün çox böyük oldu. Xüsusi proqram təminatı, platforma yaratdıq. O, indiyə qədər topladığımız hər şeyi bir araya gətirməyə, infrastruktur, əməliyyat məlumatlarını, ölçmə nəticələrini mərkəzləşdirməyə kömək etdi. Əsasən böyük məlumat dəstlərinin təhlil nəticələrini kifayət qədər səmərəli şəkildə bizə təqdim edən bir sistemi qurmağa nail olduq".

Son xəbərlər

Bütün Xəbər Lenti