SOCAR qazma işlərinin həcmini 26% artırıb
Energetika
- 07 sentyabr, 2017
- 10:26
Bakı. 7 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 93 646 metr qazma işi görülüb.
“Report” SOCAR-a istinadən xəbər verir ki, bunun da 87 208 metri istismara, 6 438 metri isə kəşfiyyata aid olub.
Hesabat dövründə görülən qazma işlərinin həcmi ötən ilin müvafiq dövründən 26% çoxdur.
İlin səkkiz ayı ərzində həyat keçirilən qazma işlərinin 10 184 metri avqustda görülüb. Bu sahədə görülmüş işlərin 10 130 metri istismara, qalanı isə kəşfiyyata aid olub.
2017-ci ilin avqust ayında qazmadan alınmış 6, il ərzində isə 52 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.
Son xəbərlər
07:28
Kubanın paytaxtı irimiqyaslı enerji böhranı ilə üzləşib
Digər ölkələr07:05
Yasamal, Biləcəri və Zirədə işıq olmayacaq
Energetika06:46
WSJ: İran Trampa qarşı sui-qəsd hazırlaya bilər
Digər ölkələr06:18
"Reuters": Putin Ukraynadakı müharibənin yeni eskalasiyasına hazırlaşır
Region05:59
Yardımlıda elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Energetika05:33
Qrossi Misirdə atom energetikasının rolunu qabardıb
Digər ölkələr05:05
Ali Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Daxili siyasət04:54
Tramp: Təyyarəqayırma sənayesi müdafiə ehtiyaclarının təminatında çətinlik çəkir
Digər ölkələr04:29