SOCAR qazma işlərini 38% artırıb
Energetika
- 06 iyul, 2017
- 08:40
Bakı. 6 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 73 789 metr qazma işi görülüb.
“Report”un şirkətə istinadən verdiyi xəbərə görə, qazma işlərinin 68 007 metri istismara, 5 782 metri isə kəşfiyyata aid olub.
SOCAR-ın I yarımillikdə apardığı qazma işlərinin həcmi illik müqayisədə 38% artıb.
İlin ilk yarısında həyata keçirilən qazma işlərinin 10 450 metri iyun ayında görülüb. Bu sahədə görülmüş işlərin 10 111 metri istismara, 339 metri isə kəşfiyyata aid olub.
Qeyd olunur ki, 2017-ci ilin iyun ayında qazmadan alınmış 8, il ərzində isə 38 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.
Son xəbərlər
02:42
Putin Avropa liderlərinin Trampın Ukrayna ilə bağlı mövqeyinə təsirini şübhə altına alıb
Region02:12
Binəqədi rayonunun bir hissəsində qaz kəsiləcək
Energetika01:58
Nizami rayonunun bəzi ərazilərində işıq olmayacaq
Energetika01:36
CAR-ın baş məşqçisi Hüqo Bros: "Kanada ilə oyunun taleyini cəmi bir an həll etdi"
Futbol01:33
Putin daxili bazarda yanacaq qıtlığının kritik olmadığını bildirib
Region01:26
Cesse Marş: "İndi bizim futbolçular Kanada qəhrəmanlarıdırlar"
Futbol01:23
Türkiyə XİN İsrail hökumətinin qərarını pisləyib
Region01:11
CAR - Kanada oyununun ən yaxşı futbolçusu Stiven Euştakiu seçilib
Futbol00:57