SOCAR qaz hasilatını 4% artırıb
Energetika
- 28 oktyabr, 2014
- 09:20
Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2014-cü ilin yanvar-sentyabr aylarında 5,516 mlrd. kubmetr qaz hasil edib. SOCAR-dan "Report"a bildiriblər ki, ötən ilin eyni dövrü ilə müqayisədə qaz hasilatı 3,8% artıb.
Qeyd edək ki, cari ilin 9 ayı ərzində Azərbaycan üzrə qaz hasilatı 22,613 mlrd. kubmetr təşkil edib, bu isə 2013-cü ilin yanvar-sentyabr aylarının göstəricisindən 5,3% çoxdur.
Cari ilin sentyabr ayında 551,7 mln. kubmetr qaz hasil olunub, ümumilikdə Azərbaycan üzrə isə qaz hasilatı 2,423 mlrd. kubmetr təşkil edib.
Qeyd edək ki, 2013-cü ildə SOCAR 7,139 mlrd. kubmetr qaz hasil edib. Ötən il ümumilikdə Azərbaycan üzrə qaz hasilatı 29,45 mlrd. kubmetr olub.
Son xəbərlər
02:45
CENTCOM: ABŞ blokadaya görə 30 ticarət gəmisinin istiqamətini dəyişdirib
Digər ölkələr02:23
Tramp prezidentlik müddətinin sonunadək Qrenlandiyanın ABŞ-nin nəzarətinə keçə biləcəyini deyib
Digər ölkələr01:48
Seuta yaxınlığında həlak olan 14 miqrantın cəsədi Tetuan xəstəxanasına aparılıb
Digər ölkələr01:07
Hakan Fidan səudiyyəli həmkarı ilə regiondakı son vəziyyəti müzakirə edib
Region00:54
ABŞ MOL şirkətinin lisenziyasının müddətini avqustun 28-dək uzadıb
Digər ölkələr00:30
Tatarıstanda neft-kimya zavodunda yanğın baş verib
Region00:02
Şərurda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
Hadisə00:00
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
Elm və təhsil23:55