"SOCAR Polymer" ixrac gəlirlərini 14 %-dən çox artırıb
Energetika
- 29 avqust, 2025
- 12:13
Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan "SOCAR Polymer" MMC 157,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
"Report"un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın avqust sayında bildirilir.
Bu, 2024-cü ilin ilk 7 ayı ilə müqayisədə 19,7 milyon ABŞ dolları və yaxud 14,2 % çoxdur.
Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,4 % artaraq 2,09 milyard ABŞ dolları təşkil edib.
Son xəbərlər
14:52
"Gəncə" Sona Atayeva ilə yeni müqavilə imzalayıb
Komanda14:52
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib
Hadisə14:51
Donald Tramp NATO zirvə toplantısında iştirak etmək üçün Türkiyəyə gəlib
Region14:49
Moldovada baş nazir vəzifəsini müvəqqəti icra edən şəxs təyin edilib
Digər ölkələr14:46
Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 6 %-ə yaxın artıb
Maliyyə14:41
Azərbaycanın süd məhsulları istehsalçısı nizamnamə kapitalını artırır
Biznes14:38
Rütte NATO-nun fəaliyyətini futbol yığmasının DÇ-dəki oyunu ilə müqayisə edib
Digər ölkələr14:33
Azərbaycanda ilin ilk 6 ayında istehsalat qəzalarında 344 nəfər zərər çəkib
Hadisə14:32