SOCAR nümayəndəsi Yunanıstan baş nazirinin müavini ilə görüşüb
Energetika
- 20 aprel, 2016
- 05:24
Bakı. 20 aprel. REPORT.AZ/ "SOCAR Energy Greece SA" şirkətinin baş direktoru Anar Məmmədov Yunanıstan baş nazirinin müavini Yannis Draqasakis ilə görüşüb.
"Report" Yunanıstan KİV-nə istinadən xəbər verir ki, görüşdə Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev də iştirak edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, Azərbaycan qazını Avropaya nəql edəcək Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi üzrə görülən işlər müzakirə olunub.
Görüşdə mayın 26-27-də Afinada keçirilməsi planlaşdırılan Azərbaycan və Yunanıstan hökumətləri arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın IV iclası barədə fikir mübadiləsi aparılıb.
Son xəbərlər
21:06
Tramp: ABŞ Hörmüz boğazı yaxınlığında Amerika helikopterinə endirilən zərbəyə cavab verəcək
Digər ölkələr20:45
Bosniya və Herseqovina ukraynalı uşaqların qaytarılması üzrə koalisiyaya qoşulur
Digər ölkələr20:43
Sabunçudakı yanğın söndürülüb -YENİLƏNİB
Hadisə20:35
Video
Şahbuza diametri təxminən 1 santimetr olan dolu yağıb
Ekologiya20:29
Sabah Nəsimi, Binəqədi və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq
Energetika20:23
Qəbələdə keçirilən oyunda Azərbaycan millisi Pakistan üzərində qələbə qazanıb
Futbol20:15
Qəribabadi: İrana qarşı hazırlanan qətnamə hərbi cinayətləri silmək cəhdidir
Region20:03
Foto
Bakıda Gənclər üçün Süni İntellekt Forumu keçirilib
Elm və təhsil20:00