SOCAR "Itochu" Korporasiyası ilə əlaqələrin genişləndirilməsini müzakirə edib
Energetika
- 09 aprel, 2026
- 16:58
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Yaponiyanın "Itochu" Korporasiyası arasında əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlər müzakirə olunub.
"Report" SOCAR-a istinadən xəbər verir ki, müzakirələr şirkətin prezidenti Rövşən Nəcəfin Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri və "Itochu"nun baş əməliyyat direktoru Tetsuya Yamada ilə görüşdə aparılıb.
Görüşdə SOCAR ilə "Itochu" arasında uzun illərdir davam edən uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib.
Söhbət zamanı enerji sektorunun müxtəlif istiqamətləri, o cümlədən kəşfiyyat, hasilat və neft-kimya sahələri üzrə əməkdaşlıq imkanlarına, qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Son xəbərlər
09:06
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (04.05.2026)
Maliyyə09:01
Premyer Liqa: "Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq
Futbol08:59
ADB prezidenti: Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir
Energetika08:53
Masato Kanda: Yaxın Şərqdəki hadisələr Asiya-Sakit Okean regionunun bütün sektorlarına təsir göstərib
Maliyyə08:49
Avstraliyada 15 nəfərin öldürüldüyü hücumla bağlı ictimai dinləmələr başlayıb
Digər ölkələr08:30
"Axios": ABŞ hərbçiləri ticarət gəmilərini Hörmüz boğazında müşayiət etməyəcək
Digər ölkələr08:17
Bakıda həftənin ilk günündə sıxlıq olan yollar açıqlanıb
İnfrastruktur08:13
Foto
Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub
İncəsənət07:55