SOCAR bu il 74 min metrdən çox qazma işləri görüb
Energetika
- 05 sentyabr, 2016
- 10:02
Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu ilin avqust ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 12 567 metr qazma işi həyata keçirilib.
"Report" SOCAR-a istinadən xəbər verir ki, bu sahədə görülmüş işlərin 12 484 metri istismara, qalanı isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2016-cı ilin yanvar-avqust aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 74 248 metr qazma işi görülüb ki, bunun da 72 948 metri istismara, 1 300 metri isə kəşfiyyata aid olub.
Bundan əlavə, avqust ayı ərzində qazmadan alınmış 4, ilin əvvəlindən isə 39 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.
Son xəbərlər
08:01
DÇ-2026: Tunis - Yaponiya oyunu başlayıb
Futbol07:47
Braziliyada sakinlər haker hücumu səbəbindən "yadplanetli hücumu" barədə mesajlar alıblar
Digər ölkələr07:36
Dik Advokat: "Ekvador millisi ilə heç-heçə bizim üçün qələbə qədər dəyərlidir"
Futbol07:30
Sebastian Bekkasese: "İndi taleyimiz son oyundan asılıdır"
Futbol07:26
Argentinada Messinin 26 metrlik heykəlinin açılışı olub
Digər ölkələr07:00
Bu gün şagird və abituriyentlər Azərbaycan dilindən ikinci cəhd imtahan verəcəklər
Elm və təhsil06:44
Kurasaonun qapıçısı Eloy Rom Ekvadorla oyunun ən yaxşısı adına layiq görülüb
Futbol06:24
"Axios": ABŞ İranın bloklanmış səhmlərini qismən açmağa hazırdır
Digər ölkələr06:00