SOCAR bu il 60 min metrdən çox qazma işi aparıb
Energetika
- 02 avqust, 2016
- 10:08
Bakı. 2 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 2016-cı ilin iyul ayı ərzində 8 401 metr qazma işi həyata keçirilib.
"Report" SOCAR-a istinadən xəbər verir ki, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.
Ötən ay həyata keçirilən qazma işlərinin həcmi illik müqayisədə 8,6% az olub.
Ümumiyyətlə, 2016-cı ilin yanvar-iyul aylarında SOCAR üzrə (MM və ƏŞ-lər istisna olmaqla) 61 681 metr (illik 1,5% azalma) qazma işi görülüb ki, bunun da 60 464 metri istismara, 1 217 metri isə kəşfiyyata aid olub.
Bundan əlavə, iyul ayı ərzində qazmadan alınmış 9, ilin əvvəlindən isə 35 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.
Son xəbərlər
09:05
DÇ-2026: Tunis - Yaponiya oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-4
Futbol08:54
"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb
Digər ölkələr08:27
Tramp: Güzgü gölü vandalizm aktlarından sonra yenidən təmir edilməli olacaq
Digər ölkələr07:47
Braziliyada sakinlər haker hücumu səbəbindən "yadplanetli hücumu" barədə mesajlar alıblar
Digər ölkələr07:36
Dik Advokat: "Ekvador millisi ilə heç-heçə bizim üçün qələbə qədər dəyərlidir"
Futbol07:30
Sebastian Bekkasese: "İndi taleyimiz son oyundan asılıdır"
Futbol07:26
Argentinada Messinin 26 metrlik heykəlinin açılışı olub
Digər ölkələr07:00
Bu gün şagird və abituriyentlər Azərbaycan dilindən ikinci cəhd imtahan verəcəklər
Elm və təhsil06:44