Səudiyyə Ərəbistanında yeni neft və qaz yataqları kəşf edildi
Energetika
- 27 dekabr, 2020
- 13:51
Səudiyyə Ərəbistanının Energetika naziri, şahzadə Əbdül Əziz bin Salman “Saudi Aramco” şirkəti tərəfindən ölkədə dörd yeni neft və qaz yatağının kəşf edildiyini bildirib.
Bu barədə “Report” Səudiyyə Ərəbistanının SPA informasiya agentliyinə istinadən xəbər verir.
Neft yataqlarından biri Dahran şəhərindən şimal-qərbə, ölkənin şərqində kəşf edilib, ikinci yataq Rafha şəhərindən şimal-qərbə, İraqla sərhəd ərazidə tapılıb.
Qaz ehtiyatları isə Qavar neft yatağından cənub-qərbdə, Əl-Minahaz quyusunda kəşf edilib.
Nazirin sözlərinə görə, “Saudi Aramco” yataqların həcmlərinin müəyyənləşdirilməsi və neftin, qazın, kondensatın miqdarının qiymətləndirilməsi işini davam etdirir.
Son xəbərlər
09:01
Əraqçi Ərdoğanla görüşü barədə: İran sülhün bərqərar olması ilə bağlı səylərinə görə Türkiyəyə minnətdardır
Region08:47
Rusiyanın Altay diyarında yanğın baş verib, ikisi uşaq olmaqla, dörd nəfər ölüb
Region08:26
NYT: ABŞ-də immiqrasiya agentlərinin ordersiz saxlama səlahiyyətləri genişləndirilib
Digər ölkələr07:55
Dövlət Departamenti Səudiyyə Ərəbistanına 9 milyard dollarlıq "Patriot" raketlərinin satışını təsdiqləyib
Digər ölkələr07:23
Nipah virusuna qarşı peyvənd apreldə insanlar üzərində sınaqdan keçiriləcək
Elm və təhsil06:54
Al Səud: ABŞ-nin zərbə endirməkdən imtinası İran hakimiyyətini gücləndirəcək
Digər ölkələr06:15
ABŞ Senatı hökumətin maliyyələşdirilməsini təsdiqləyib
Digər ölkələr05:43
Luiziana ştatında səkkiz məhbus həbsxanadan qaçıb
Digər ölkələr05:07