Səudiyyə Ərəbistanı neft ixracatını 75% artırıb
Energetika
- 26 may, 2021
- 16:11
Səudiyyə Ərəbistanının mart ayındakı neft ixracatının dəyəri illik nisbətdə 75% artaraq 52,3 milyard riala (13,95 milyard ABŞ dolları) çatıb.
“Report” xəbər verir ki, bu barədə “Reuters” mayın 26-da yayımlanan rəsmi məlumatlara istinadən məlumat verib.
Krallığın Baş Statistika İdarəsinin məlumatına görə, qeyri-neft ixracı 42,9% artaraq 22,4 milyard riala çatıb.
Qurumun bildirdiyinə görə, xam neft ixracatı Səudiyyə Ərəbistanı ixracatının 70%-ni təşkil edir.
Məlumata görə, Çin mart ayında Səudiyyə Ərəbistanının əsas ticarət tərəfdaşı olaraq qalıb. Bu ölkəyə ixracat 14,3 milyard rial, idxal isə 9,4 milyard rial həcmində olub.
Mart ayında krallığın ixracatının ümumi dəyəri 74,7 milyard rial olub.
Son xəbərlər
07:31
Haiti - Şotlandiya oyununun ən yaxşı futbolçusu bəlli olub
Futbol07:20
Floridada helikopter təyyarəyə çırpılıb, xəsarət alanlar var
Hadisə07:03
Şotlandiya DÇ-2026-ya qələbə ilə start verib - YENİLƏNİB-4
Futbol06:49
DÇ-2026-da yer alan Avstriya baş məşqçisi Ralf Ranqniklə müqavilənin müddətini uzadıb
Futbol06:42
"Financial Times": Ebola xəbərdarlıq ola bilər
Sağlamlıq06:36
Mərakeş millisinin baş məşqçisi: "Qarşımızda Ançelotti kimi mütəxəssis yer almışdı"
Futbol06:00
Trampın adı Con Kennedi adına mərkəzin fasadından sökülüb
Digər ölkələr05:24
ABŞ-də hərbi təyyarə qəzaya uğrayıb, meşə yanğını başlayıb
Digər ölkələr05:07