"Səadan" yatağında yeni quyu istismara verilib
Energetika
- 22 avqust, 2016
- 12:20
Bakı. 22 avqust. REPORT.AZ/ “Səadan” yatağında 1823 nömrəli quyu qazmadan sonra istismara verilib.
"Report" SOCAR-a istinadən xəbər verir ki, “Azneft” İB “Siyəzənneft” NQÇİ-nin sifarişi əsasında Kompleks Qazma İşləri Tresti tərəfindən Qovundağ-Maykop lay dəstəsinə qazılmış quyu elektrik dalma nasosu üsulu ilə məhsul verib. Quyu 1 400-763 metr intervaldan sutkalıq 8 ton neft hasilatı ilə istismar fonduna qəbul olunub.
Qeyd edək ki, "Səadan” yatağı Xəzəryanı-Quba neftli-qazlı rayonunda yerləşir. Bu rayonda geoloji kəşfiyyat işləri 1939-cu ildə hərtərəfli geoloji kəsilişlər əsasında başlayıb.
Son xəbərlər
08:11
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur07:58
"Reuters": ABŞ Senatında Trampın hərbi səlahiyyətlərinin məhdudlaşdırılması nəzərdən keçirilir
Digər ölkələr07:26
Əməliyyatlar başlayandan bəri İsraildə 42 nəfər həlak olub
Digər ölkələr06:27
"Hizbullah" İsrailin hücumlarına qarşılıq verib
Digər ölkələr05:51
Livanda matəm elan olunub
Digər ölkələr05:22
Xəzər dənizində zəlzələ baş verib
Hadisə05:19
SEPAH mina təhlükəsinə görə Hörmüz boğazından keçid üçün yeni qaydalar tətbiq edib
Region04:51
Pakistanın ABŞ-dəki səfiri: Livanın adı razılaşma mətnində açıq şəkildə qeyd edilib
Region04:33