"Şahdəniz"in əsaslı xərcləri 42 %-ə yaxın artıb

Energetika
  • 12 fevral, 2026
  • 12:15
Şahdənizin əsaslı xərcləri 42 %-ə yaxın artıb

2025-ci ildə "Şahdəniz" üzrə fəaliyyətlərə təxminən 2 milyard 315 milyon ABŞ dolları əməliyyat xərcləri və təxminən 1 milyard 087 milyon ABŞ dolları əsaslı xərclər çəkilib.

"Report" xəbər verir ki, bu barədə yatağın operatoru "BP-Azerbaijan" şirkətinin tərəfdaşları ilə birgə 2025-ci ilin yekunları üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

2025-ci ildə "Şahdəniz" yatağı üzrə əməliyyat xərclərinin həcmi 2024-cü illə müqayisədə 112 milyon ABŞ dolalrı və ya 5,1 %, əsaslı xərclərin həcmi isə ötən ilin eyni dövrü ilə müqayisədə 321 milyon ABŞ dolları və ya 41,9 % çoxdur.

Hesabata əsasən, bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), Cənub Qaz Dəhlizi (16,02 %), "LUKoil" (19,99 %), TPAO (19 %), MVM (5 %), NİKO (10,00 %) şirkətləri iştirak edir.

Son xəbərlər

Bütün Xəbər Lenti