"Şahdəniz" yatağından hasil olunan qazın həcmi açıqlanıb

Energetika
  • 03 noyabr, 2016
  • 07:52
Şahdəniz yatağından hasil olunan qazın həcmi açıqlanıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından işlənmənin əvvəlindən indiyədək ümumilikdə 76 mlrd.kubmetr qaz və 19 mln.ton kondensat hasil olunub. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

SOCAR rəsmisi qeyd edib ki, hazırda "Şahdəniz" yatağından gündə orta hesabla 28-29 mln. kubmetr qaz, 6 min ton kondensat hasil olunur.