Sabah Azərbaycanın bəzi ərazilərində qaz təchizatında məhdudiyyətlər olacaq
Energetika
- 13 yanvar, 2015
- 15:27
Bakı. 13 yanvar. REPORT.AZ/ Sabah Azərbaycanın bəzi ərazilərində qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Belə ki, yanvarın 14-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Təzə Qanlı Göl'' və “Mehdiabad'', eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin “Şəmkir SES'' qazpaylama stansiyalarında təmir işləri aparılacaq.
Təmir müddətində Şəmkir rayonun Kür SES qəsəbəsi, Mahmudlu, Qapanlı, Yuxarı keçili, Aşağı keçili, Yuxarı bitli, Aşağı bitli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhərinin Yasamal və Abşeron rayonunun Mehdiabad qəsəbələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Son xəbərlər
22:44
Peruda avtobusların toqquşması zamanı beş nəfər həlak olub
Digər ölkələr22:27
Braziliya Prezidenti ABŞ-nin yeni tariflərini strateji səhv adlandırıb
Digər ölkələr22:12
Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Energetika21:53
Elbrus dağında həlak olan alpinistlərin meyitləri tapılıb
Region21:36
Azərbaycanlı idmançı beynəlxalq triatlon yarışında qızıl medal qazanıb
Fərdi21:22
Xamenei: "Hizbullah"ın müdafiəsi İranın strateji siyasətidir
Region21:07
Xətibzadə: ABŞ beynəlxalq hüquq və diplomatiyanı hədəfə alıb
Region20:51
Uolts: İrana zərbələr səbəbindən ABŞ-nin sursat qıtlığı yoxdur
Digər ölkələr20:35