​Rusiya-OPEC dialoqu oktyabrda keçiriləcək

Energetika
  • 16 avqust, 2016
  • 13:43
​Rusiya-OPEC dialoqu oktyabrda keçiriləcək

Bakı. 16 avqust. REPORT.AZ/ Rusiya-OPEC enerji dialoqu üzrə iclas oktyabrda Vyanada keçiriləcək. "Report" "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

O qeyd edib ki, bununla bağlı dəqiq tarix yaxın vaxtlarda dipomatik kanallar vasitəsilə razılaşdırılacaq.

Rusiya Energetika Nazirliyinin və OPEC-in nümayəndələri enerji dialoqunun tarixi ilə bağlı Vyanada görüş çərçivəsində müzakirə aparıblar. Tərəflər, eyni zamanda neft bazarındakı mövcud vəziyyət, onun inkişaf proqnozları və əməkdaşlığın digər aspektləri üzrə fikir mübadiləsi aparıblar.