Rusiya neftinin ixrac rüsumu artırılacaq
Energetika
- 17 sentyabr, 2018
- 12:34
Bakı. 17 sentyabr. REPORT.AZ/ Cari ilin 1 oktyabr tarixindən Rusiyada neftin bir tonuna görə ixrac rüsumu 7,5 ABŞ dolları artırılaraq 137,5 dollara çatdırılacaq.
“Report”un Rusiya Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, neftin orta qiyməti 76 dollara çatmasa, Şərqi Sibir, Xəzər və Arktikadakı Prirazlom yataqlarından hasil olunan neft üçün rüsumların imtiyaz dərəcəsi sıfır səviyyəsində qalacaq.
Eyni zamanda, maye qazın 1 tonuna görə rüsumu 27,6 dollara, təmizlənmiş maye karbohidrogen qazının isə rüsumu 10,9 dollara çatdırılacaq. Həmçinin yüksək qatqılı neftin ixrac rüsumu oktyabrda 21,4 dollardan 22,7 dollaradək artırılacaq.
Son xəbərlər
19:59
Sibiqa XİN rəhbərinin, Xmaranı isə müdafiə nazirinin səlahiyyətlərinin icraçısı təyin edilib
Region19:44
Tramp Kobaxidzeyə məktubunda ABŞ-Gürcüstan əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləyib
Digər ölkələr19:26
Meksikada 7,3 maqnitudalı zəlzələ olub, sunami təhlükəsi elan edilib
Digər ölkələr19:06
Çinin Çuntsin şəhərində dağ uçqunu nəticəsində 8 nəfər ölüb
Digər ölkələr18:49
Almaniya Silahlı Qüvvələri növbəti il Fransanın nüvə çəkindirməsi üzrə təlimlərində iştirak edəcək
Digər ölkələr18:42
Video
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib
Mədəniyyət siyasəti18:29
Hərbi Prokurorluq: Qeydə alınmış cinayətlər ötən ilin birinci yarımili ilə müqayisədə 0,9 % azalıb
Hərbi18:23
Foto
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
Hərbi18:05