Qazaxıstan Azərbaycanla atom enerjisi sahəsində əməkdaşlıq etməyə hazırdır
- 14 oktyabr, 2025
- 12:37

Qazaxıstan Azərbaycanla atom enerjisi və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq etməyə hazırdır.
"Report" xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev Bakıda keçirilən Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 21-ci iclasında deyib.
"Qazaxıstan atom enerjisinin dinc məqsədlərlə istifadəsi və enerji tənzimlənməsi sahəsində Azərbaycan tərəfi ilə təcrübə mübadiləsinə hazırdır", - o qeyd edib.
Nazirin sözlərinə görə, müasir iqtisadiyyatı rəqəmsal həllər olmadan təsəvvür etmək mümkün deyil və bu baxımdan Xəzər dənizinin dibi ilə fiber-optik xətt layihəsi kiberdayanıqlığı gücləndirəcək və iki ölkə arasında birbaşa rəqəmsal əlaqə kanalı yaradacaq.
N.Sauranbayev deyib ki, Qazaxıstan süni intellekt sahəsində tədqiqat mərkəzlərinin yaradılması üzərində Azərbaycanla işləməyə hazır olduğunu bildirib ki, bu da rəqəmsal etimad körpüsünün əsasını qoyacaq.