Özbəkistan TDT-yə üzv ölkələrin energetika nazirlərinin növbəti iclasına ev sahibliyi edəcək

Energetika
  • 11 dekabr, 2025
  • 10:53
Özbəkistan TDT-yə üzv ölkələrin energetika nazirlərinin növbəti iclasına ev sahibliyi edəcək

Türk Dövlətləri Təşkilatının (TDT) energetika nazirlərinin altıncı iclası 2026-cı ildə Özbəkistanda baş tutacaq.

"Report" Özbəkistan Energetika Nazirliyinə istinadən xəbər verir ki, müvafiq razılaşma İstanbulda keçirilən TDT-yə üzv ölkələrin energetika nazirlərinin beşinci iclasının yekununda əldə edilib.

"Görüşün yekununda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin energetika nazirlərinin növbəti altıncı iclasının 2026-cı ildə Özbəkistanda keçirilməsinə razılaşıblar," – məlumatda bildirilib.

Görüşdə Özbəkistan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Azərbaycanın energetika qurumlarının rəhbərləri, təşkilatın baş katibi, həmçinin müşahidəçi qismində Macarıstan və Şimali Kiprin xarici işlər nazirləri iştirak ediblər.

Tərəflər qeyd ediblər ki, türk dövlətləri liderlərinin təşəbbüsü ilə ölkələr arasında müxtəlif sahələrdə, o cümlədən yanacaq-energetika sahəsində əməkdaşlıq yeni səviyyəyə çıxarılır.

Görüşdə energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, regionun enerji təhlükəsizliyinin təmin edilməsi, dayanıqlı enerji mənbələrinin tətbiqi, "yaşıl enerji" layihələrinə dəstək, enerji şəbəkələrinin inteqrasiyası və yeni investisiya layihələrinin həyata keçirilməsi məsələləri müzakirə edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti