Ötən il Azərbaycanın neft ixracı 1 %-ə yaxın azalıb
- 21 yanvar, 2026
- 10:27
2025-ci ildə gömrük bəyannamələrinə əsasən, Azərbaycan 23 milyon 381 min 284,82 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Bu barədə "Report" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.
Azərbaycandan ixrac edilən xam neftin dəyəri 12 milyard 091 milyon 147,47 min ABŞ dolları təşkil edib.
İxrac edilən xam neftin həcmi 2024-cü il ilə müqayisədə 0,9 %, dəyəri isə 16,2 % azdır.
Ötən il Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 48,28 % olub.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49 milyard 423 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 25 milyard 43 milyon ABŞ dolları ixracın, 24 milyard 380 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,7 % azalıb, idxal isə 15,8 % artıb.