Ötən il Azərbaycanda əmtəəlik qaz hasilatı 6 %-dən çox artıb
Energetika
- 21 yanvar, 2021
- 05:33
2020-ci il ərzində Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 22,7 mlrd manat olmaqla, əvvəlki ilə nisbətən 7 % azalıb.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ötən il ölkədə 34,585 mln ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bu həcmin 34,467 mln tonu əmtəəlik xam neftin payına düşüb. Hesabat dövründə neft hasilatı daha əvvəlki ilin müvafiq dövründən 7,8 %, (əmtəəlik 8 %) az olub.
Ötən il ölkədə 36,713 mlrd kubmetr təbii qaz hasil edilib. Bu həcmin 26,065 mlrd kubmetri əmtəəlik təbii qazın payına düşüb. Ötən il təbii qaz hasilatı illik müqayisədə 3,1 %, əmtəəlik qaz hasilatı isə 6,3 % artıb.
Son xəbərlər
17:09
BMT-nin Livan üzrə xüsusi koordinatoru İsrailə səfər edib
Digər ölkələr17:06
Nikol Paşinyan Aİ-nin Yaxın Şərq ölkələri ilə videokonfransında iştirak edəcək
Digər ölkələr17:06
Azərbaycanda dəmiryolu nəqliyyatı ilə yükdaşımalarının həcmi və dəyəri açıqlanıb
İnfrastruktur16:57
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə Yaxın Şərqdəki müharibə fonunda riskləri müzakirə ediblər
Xarici siyasət16:51
İlham Əliyev Müctəba Xameneyini İranın ali rəhbəri seçilməsi münasibətilə təbrik edib
Xarici siyasət16:48
Aleksandr Sırski: Ukrayna cəbhədə təşəbbüsü ələ keçirməyə çalışır
Digər ölkələr16:45
Azərbaycan və Rumıniya XİN başçıları bölgədə mövcud təhlükəsizlik vəziyyətini müzakirə ediblər
Xarici siyasət16:26
Azərbaycan MN: Türkiyəyə raket hücumu regional sülh və təhlükəsizliyə ciddi təhdiddir
Hərbi16:24