Ötən ay 66 çoxmərtəbəli binaya qaz verilib

Energetika
  • 05 fevral, 2018
  • 08:00
Ötən ay 66 çoxmərtəbəli binaya qaz verilib

Bakı. 5 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi (İB) 2018-ci ilin yanvar ayında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 66 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

“Report” İB-yə istinadən xəbər verir ki, həmin binalarda ümumilikdə 4092 ailə yaşayır.

“Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır”,- məlumatda qeyd olunub.