"OPEC+" ölkələri dekabrda neft hasilatını gündəlik 197 min barel azaldıb
Energetika
- 14 yanvar, 2026
- 17:43
Neft hasilatının azaldılması sazişində iştirak edən "OPEC+" ölkələri 2025-ci ilin dekabrında hasilatı gündəlik 197 min barel azaldıb.
"Report" xəbər verir ki, bu barədə OPEC-in hesabatında bildirilib.
Bundan əlavə, könüllü azalmalar və kompensasiyaları nəzərə alınmaqla plandan gündəlik 784 min barel az neft hasil edilib.
Sazişin icrasından azad edilmiş Liviya, İran və Venesuelanı nəzərə alınmasa, alyans ölkələrinin hasilat həcmi gündəlik 37,437 milyon barel təşkil edib. Dekabrda nəzərdə tutulan bütün könüllü məhdudiyyətlər və kompensasiya qrafiklərini nəzərə alaraq "OPEC+" ölkələri gündəlik 38,221 milyon barel hasil etməli idilər.
Bununla belə, alyans plandan gündəlik 784 min barel az neft hasil edib.
Son xəbərlər
09:32
Foto
Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
Milli Məclis09:28
Foto
Azərbaycan və Dünya Bankı enerji sahəsində əməkdaşlığı müzakirə edib
Energetika09:23
Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
Energetika09:22
Yeddiqat İtaliya çempionu İsveçrə klubunun baş məşqçisi təyin edilib
Futbol09:19
Dövlət Reklam Agentliyi auditor seçir
Maliyyə09:18
Video
DTX səfirliyə terror hücumunun qarşısını alıb - XÜSUSİ ƏMƏLİYYAT
Hadisə09:09
Braziliya millisinin futbolçusu karyerasını ölkəsində davam etdirəcək
Futbol09:08
Foto
Dövlət Komitəsinin sədri Qobustandakı dini ibadət yerlərinin fəaliyyəti ilə tanış olub
Din09:03