OPEC gündəlik neft hasilatını 1,2 mln. barel azaldacaq
Energetika
- 30 noyabr, 2016
- 13:33
Bakı. 30 noyabr. REPORT.AZ/ OPEC-in bu gün Vyanada keçirilən sammitində təşkilata daxil olan ölkələrin ümumi neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması barədə qərar qəbul edilib.
"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumat sammitdə iştirak edən ölkələrdən birinin məsul şəxsi tərəfindən verilib.
Qeyd edək ki, bir neçə saat bundan əvvəl hasilatın 1,4 mln. barel/gün azaldılması ilə bağlı müzakirələrin getdiyi açıqlanıb.
Bununla da OPEC-in gündəlik hasilatı 32,5 mln. barelə endirməsi qərara alınıb. Açıqlamanın ardından "Brent" markalı neftin qiyməti 50,8 dollar/barelə enib. Qiymətin 50 dollar/bareldə tarazlıq tapması gözlənilir.
Son xəbərlər
11:43
Maskatda Hörmüz boğazı üzrə İran-Oman birgə komitəsinin ilk iclası baş tutub
Region11:35
Alim Nəbiyev: "Rafael Fiziyev bütün taktiki tapşırıqları yerinə yetirdi və qalib gəldi"
Fərdi11:33
Əfqan Abbasov: "AzQR ödənişləri son 1 ildə 30 dəfədən çox artıb"
Maliyyə11:30
AMB: Ani Ödənişlər Sisteminin aylıq dövriyyəsi 3 dəfədən çox artıb
Maliyyə11:27
Adil Kərimli: Azərbaycan Birinci Türkoloji Qurultayın irsinə həmişə ehtiramla yanaşıb
Mədəniyyət siyasəti11:21
Hakim bəraət hökmü və şərti məhkumetmə ilə bağlı yanlış təsəvvürlərə aydınlıq gətirib
Hadisə11:20
Şavkat Mirziyoyev: Birinci Türkoloji Qurultay türk xalqlarının yüksəlişi üçün böyük tarixi hadisə idi
Xarici siyasət11:15
Ötən həftə 1,7 min hektara yaxın ərazi minalardan təmizlənib
Daxili siyasət11:14