OPEC: BTC ilə neft ixracı fevralda 15 % artıb
Energetika
- 11 aprel, 2024
- 13:57
2024-cü ilin fevral ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracı orta hesabla sutkada 618 min barel olub.
“Report” xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aprel hesabatında məlumat verilib.
“Fevralda Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac yanvar ayı ilə müqayisədə sutkada 79 min barel və ya təqribən 15 % artaraq orta hesabla gündəlik 618 min barel səviyyəsinə çatıb”, - neft kartelinin hesabatında deyilir.
Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin açılışı 2006-cı il iyulun 13-də olub. Onun uzunluğu 1 768 km-dir: 443 km Azərbaycan ərazisindən, 249 km Gürcüstan ərazisindən və 1 076 km Türkiyə ərazisindən keçir.
Son xəbərlər
10:41
Azərbaycan Şimali Makedoniyaya heyva tədarük etməyə başlayıb
Biznes10:39
Nijnekamskda PUA hücumu səbəbindən bir neçə müəssisə zərər görüb
Region10:34
Konstitusiya Məhkəməsində Baş Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxılıb
Hadisə10:32
İki gün əvvəl Mərdəkanda dənizdə batan 16 yaşlı gəncin meyiti tapılıb
Hadisə10:30
Mette Frederiksen: Qrenlandiya satılmır
Digər ölkələr10:27
İlin ilk yarısında Azərbaycanda qanunsuz yaşayan 5 minə yaxın əcnəbi saxlanılıb
Daxili siyasət10:26
"Azərmaş Group" maliyyə vəziyyətini açıqlayıb
Biznes10:23
DSMF 6 ayda 229 mindən çox vətəndaş müraciətini cavablandırıb
Maliyyə10:23