OPEC+ alyansının iclası öncəsi neft cüzi bahalaşıb
Energetika
- 28 yanvar, 2022
- 05:35
İnvestorların OPEC+ alyansının iclasını gözlədikləri bir vaxtda dünya bazarlarında neftin qiyməti cüzi artıb.
“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin aprel fyuçersləri 0,44 % bahalaşaraq, 1 bareli 88,56 ABŞ dollarına satılıb. "WTI" markalı neftin mart fyuçerslərinin qiyməti isə 0,58 % artaraq, 1 bareli 87,11 ABŞ dolları təşkil edib.
İnvestorlar OPEC+ alyansının fevralın 2-nə planlaşdırılmış növbəti iclasını gözləyirlər. Həmin gün alyans üzvləri neftin mart ayındakı hasilatı ilə bağlı qərar qəbul edəcək. OPEC+ alyansının neft hasilatını planlaşdırıldığı kimi hər ay gündəlik 400 min barel artırılmasına sadiq qalacağı gözlənilir.
Son xəbərlər
22:36
CNN: ABŞ Səudiyyə Ərəbistanına uranın zənginləşdirilməsi yolunu açır
Digər ölkələr22:29
Video
"AnewZ" "Cəbhə xətti: Koreya – bir müharibə, iki həll" sənədli filmini təqdim edib
Media22:13
Naxçıvanda MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb
Elm və təhsil22:01
İsrail ordusu Livanda PUA hücumu planlaşdıran yaraqlıları zərərsizləşdirib
Digər ölkələr21:46
Türkiyədə minik və yük avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb, 9 nəfər yaralanıb
Hadisə21:29
İranın İordaniyaya zərbələrində ABŞ-nin iki hərbi qulluqçusu həlak olub
Digər ölkələr21:24
Macarıstan Prezidenti konstitusiyaya öz istefasını da ehtiva edən düzəlişi imzalayıb
Digər ölkələr21:07
Müctəba Xamenei: ABŞ müharibəni qızışdırmağa çalışır
Region21:01