Neftin qiyməti cüzi düşüb
Energetika
- 25 iyul, 2022
- 05:29
İqtisadi proqnozun qeyri-müəyyənliyi fonunda dünya bazarlarında neftin qiyməti cüzi düşüb.
“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin oktyabr fyuçersləri 0,75 % ucuzlaşaraq 1 bareli 97,64 ABŞ dollarına satılıb. "WTI" markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə 0,74 % aşağı düşərək 1 bareli 93,97 ABŞ dolları təşkil edib.
Treyderlər yüksək iqtisadi qeyri-müəyyənlik şəraitində neftə olan tələbin perspektivlərini qiymətləndirməkdə davam edirlər. Dünya üzrə mərkəzi banklar inflyasiyanın sürətlənməsinin qarşısını almağa çalışır, bu isə resessiyaya səbəb ola bilər.
Son xəbərlər
15:23
Video
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb
Hərbi15:11
Hakan Fidan Parisdə keçiriləcək Ukrayna sammitində iştirak edəcək
Region14:44
IMF Serbiya iqtisadiyyatı barədə müsbət proqnoz verib
Digər ölkələr14:30
JMIC: Hörmüz boğazının cənub marşrutu gəmi hərəkəti üçün açıq qalır
Digər ölkələr14:26
Honkonqda tayfun səbəbindən 130-dan çox daxili aviareys ləğv edilib
Digər ölkələr14:16
Ukrayna ordusu Rusiyanın 14 gəmisini vurub
Digər ölkələr13:58
Naxçıvanda ali məktəblərə qəbul imtahanında 968 abituriyent iştirak edib
Elm və təhsil13:45
Naxçıvanda FHN-ə 6 ayda 32 mindən çox zəng daxil olub
Daxili siyasət13:31