Neftin qiyməti cüzi artıb
Energetika
- 14 oktyabr, 2022
- 07:08
Dünya bazarında neftin qiyməti cüzi artıb.
“Report” xəbər verir ki, bunu birjaların məlumatları göstərir.
“Brent” markalı neftin dekabr fyuçersləri 0,2 % artaraq 1 bareli 94,76 ABŞ dolları təşkil edib. WTI markalı neftin noyabr fyuçersləri də 0,2 % artaraq 89,31 ABŞ dollarına satılıb.
Hazırda bazarlar ABŞ-da kommersiya ehtiyatları və bu növ xammalın istehsalı ilə bağlı statistikaya reaksiya verir. Ötən həftə ərzində ABŞ-ın neft ehtiyatları birdən-birə 9,9 milyon barel artaraq 439,1 milyon barelə çatıb. Bu da 2021-ci ilin iyul ayının sonundan bəri ən yüksək göstəricidir.
Digər tərəfdən, ABŞ-da həftə ərzində neft hasilatı gündəlik 100 min barel azalaraq 11,9 milyon barelə düşüb.
Son xəbərlər
23:33
Vuçiç: Parlament və prezident seçkilərinin vaxtı avqust, ya da sentyabrda açıqlanacaq
Digər ölkələr23:28
Foto
Yasamalda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub
Hadisə23:11
NATO Baltik ölkələrinin havadan mühafizə missiyasının mandatını dəyişib
Digər ölkələr22:57
Sabah Bakı və Abşeron rayonunun bəzi ərazilərində işıq olmayacaq
Energetika22:40
Foto
Samuxda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var
Hadisə22:26
Rəşad Sadıqov: "Torpedo"ya qarşı cavab oyununda hər şeyə hazır olmalıyıq"
Futbol22:17
"Torpedo"nun baş məşqçisi Dirk Şuster: "Zirə" çox yaxşı oyun sərgilədi"
Futbol22:14
Ərdoğan: Türkiyə ABŞ-İran münaqişəsinin həllində vasitəçiliyə hazırdır
Region22:02