Dolların ucuzlaşması neftin qiymətinin artmasına səbəb olub
- 12 sentyabr, 2022
- 09:49
ABŞ dollarının əsas dünya valyutaları qarşısında ucuzlaşması fonunda neft qiymətləri artmağa başlayıb.
“Report” birjalara istinadən xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçersləri 0,98 % ucuzlaşaraq 93,75 ABŞ dollarına satılıb.
WTI neftinin oktyabr fyuçerslərinin qiyməti isə 0,84 % artaraq 1 bareli 87,52 ABŞ dolları təşkil edib.
Dolların indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 1,07 % azalaraq 107,84 bənd təşkil edib. ABŞ valyutasının ucuzlaşması xammal məhsullarını, o cümlədən nefti başqa valyutada alış zamanı daha əlverişli edir.
10:13
“Qara qızıl”a tələbin azalması ehtimalı fonunda dünya bazarında neftin qiyməti düşüb.
“Report” birjalara istinadən xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçersləri 1,44 % ucuzlaşaraq 91,52 ABŞ dollarına satılıb. WTI neftinin oktyabr fyuçerslərinin qiyməti isə 1,64 % düşərək 1 bareli 85,37 ABŞ dolları təşkil edib.
“Qara qızıl”ın qiymətləri qlobal iqtisadiyyatda mümkün tənəzzül səbəbindən tələbin potensial azalmasının təzyiqi altındadır. Bu ssenari mərkəzi bankların pul siyasətinin sərtləşdirilməsi və yüksək inflyasiya ilə mübarizədə faiz dərəcələrinin artırılması ilə dəstəklənir.
Bundan əlavə, ən böyük neft idxalçısı olan Çində koronavirusa yoluxma hallarının sayı diqqət mərkəzində qalmaqda davam edir. Belə ki, Çin hakimiyyəti hərəkət məhdudiyyətlərini saxlamaqla benzin istehlakının azalmasına səbəb olur.