“Neft Daşları” yatağında yeni quyu istismara verilib
Energetika
- 30 dekabr, 2016
- 07:36
Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi tərəfindən “Neft Daşları” yatağında hasilatın artırılması üçün yeni quyuların qazılması işləri davam etdirilir.
"Report" SOCAR-a istinadən xəbər verir ki, bu günlərdə “Neft Daşları” yatağındakı 1954A nömrəli estakadayanı meydançadan 2684 nömrəli quyu qazmadan sonra istismara verilib. Kompleks Qazma İşləri Tresti tərəfindən qazılmış quyu Qırmakialtı lay dəstəsindən qazlift üsulu ilə məhsul verib, 1 591-1 587 metr intervaldan gündəlik 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir.
Son xəbərlər
19:22
Kostanyan: Ermənistan Azərbaycan və Mərkəzi Asiyadan tədarüklər üçün enerji habı olmaq istəyir
Region19:18
Samvel Karapetyanın ev dustaqlığı 3 ay uzadılıb
Region19:18
Dövlət Xidməti: Qanunsuz ağac kəsilməsi nəticəsində yaşıllıqlara 133 min manatdan çox ziyan dəyib
Ekologiya19:15
Hikmət Hacıyev: Genişmiqyaslı layihələrə Ermənistanın tranzit ölkə kimi qoşulması mümkündür
Xarici siyasət19:12
Starmer: Fransa və Britaniya Hörmüzdə müdafiə xarakterli hərbi missiyaya başlamağa hazırdır
Digər ölkələr19:03
Kostanyan: Ermənistan və Azərbaycan kommunikasiyaların açılması istiqamətində səylərini artırmalıdır
Region19:03
Akif Çağatay Kılıç: Biz Türkiyəni bu regiona məsuliyyət daşıyan aktor kimi görürük
Region18:59
Jorjoliani: Gürcüstan Azərbaycan və Ermənistan arasında ticarətin inkişafına kömək edəcək
Region18:54