"Neft Daşları" yatağında yeni quyu istismara verilib

Energetika
  • 19 aprel, 2016
  • 13:03
Neft Daşları yatağında yeni quyu istismara verilib

Bakı. 19 aprel. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 1954 saylı estakadayanı meydançadan 2688 nömrəli quyu qazmadan sonra istismara verilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkialtı lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib.

Quyu 1 331-1 320 metr intervaldan sutkalıq 31 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. 

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.