"Masdar": Azərbaycan region üçün böyük enerji şəbəkəsi qurur

Energetika
  • 30 sentyabr, 2025
  • 12:05
Masdar: Azərbaycan region üçün böyük enerji şəbəkəsi qurur

Azərbaycan böyük enerji şəbəkəsi quraraq regiona sabitlik gətirmək niyyətindədir

"Report" xəbər verir ki, bunu "Masdar Azerbaijan"ın ölkə meneceri Murad Sadıxov "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) ikinci günündə deyib.

Onun sözlərinə görə, Azərbaycanın hədəfi yalnız "yaşıl enerji"nin ixracı ilə məhdudlaşmır:

"Yaşıl enerji" ixracı əsasən Avropaya yönəlib. Amma Azərbaycan Mərkəzi Asiya ölkələri ilə də sazişlər imzalayıb. Beləliklə, Azərbaycan həm Mərkəzi Asiyaya bağlanır, həm də oradan Avropaya çıxış imkanı yaradır. Bu ambisiya yalnız ixracla bitmir. Məqsəd daha böyük bir enerji şəbəkəsi qurmaq, həmin şəbəkənin bir hissəsinə çevrilmək və bununla bütün regiona sabitlik gətirməkdir".

M. Sadıxov qeyd edib ki, Azərbaycan bu prosesin mərkəzində enerji qovşağı kimi çıxış edərək, qitələr arasında enerji keçidində mühüm rol oynayacaq:

"Bu, təkcə Azərbaycan üçün deyil, bütövlükdə Avrasiya üçün böyük əhəmiyyət kəsb edir".

Son xəbərlər

Bütün Xəbər Lenti