Masallının 6 kəndində qaz kəsiləcək
Energetika
- 07 iyun, 2025
- 10:32
İyunun 10-da Masallı rayonunun bir neçə kəndində təbii qazın verilişində fasilələr olacaq.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, rayon ərazisində yerləşən “Tüklə” qaz paylayıcı stansiyasından qidalanan Mahmudavar, Şatıroba, Mişkəmi, Miyənkü, Hişkədərə və Mololan kəndlərini qazla təchiz edən orta təzyiqli qaz xəttinin kipliyə sınaqdan keçirilməsi məqsədilə, saat 10:00-dan işlər başa çatana qədər bu 6 yaşayış məntəqəsində, ümumilikdə 2 800 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.
Son xəbərlər
03:11
CENTCOM: İranla əlaqəli səkkiz gəmi ələ keçirilib
Digər ölkələr02:45
"Xatəm əl-Ənbiya": ABŞ bizi nüvə obyektlərinə hücumla hədələyir
Region02:17
"Bloomberg": ABŞ ordusu Britaniya bazalarından İrana hücum edə bilər
Digər ölkələr01:50
Foto
Bakalavrlar ADPU-da 31 ixtisaslaşmadan 8-ni seçə bilərlər
Elm və təhsil01:22
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsindən azad olunub
Digər ölkələr01:20
Heqset: ABŞ İrana qarşı əməliyyatda 37 milyard dollardan çox xərcləyib
Digər ölkələr00:52
Yasamal rayonunun bəzi ərazilərində işıq kəsiləcək
Energetika00:24
Moldova parlamenti yeni hökumətin tərkibini təsdiqləyib
Digər ölkələr00:00