Kürdəmir rayonunun daha 2 kəndinə ilk dəfə qaz verilib
Energetika
- 04 aprel, 2016
- 05:33
Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Kürdəmir rayonunun Beyi və Dayıkazımlı kəndlərinə ilk dəfə təbii qaz verilib.
"Report" SOCAR-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, ümumilikdə 284 abonenti olan kəndlərin qazlaşdırılması zamanı birpilləli sistem əsasında 38 174 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Son xəbərlər
14:55
Sabahdan lisey və gimnaziyalara qəbul başlayır
Elm və təhsil14:54
Foto
Ukraynadan Azərbaycana gətirilən 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilib
Sosial müdafiə14:53
Ermənistanda seçki nəticələri - Sandıq başında Azərbaycanın sülh gündəliyi qalib gəldi - ŞƏRH
Analitika14:52
Su polisi Qəbələ və Lənkəranda çayların məcralarına qanunsuz müdaxilə halları aşkar edib
Hadisə14:51
Ceyhun Bayramov İstanbulda Hakan Fidanla görüşüb
Xarici siyasət14:51
Peskov Ermənistandakı seçkilərin yekunlarını şərh etməkdən çəkinib
Region14:51
Tramp: İsrail və İran atəşkəsin dərhal əldə olunmasına çalışırlar
Digər ölkələr14:51
"Azərmaş Group"un istiqrazlarına 106 investor maraq göstərib
Maliyyə14:50