KİV: Finlandiyada "LUKOİL"in operatorunun 430 YDM-i mərhələli şəkildə bağlanacaq
Energetika
- 19 noyabr, 2025
- 16:57
Finlandiyada fəaliyyət göstərən Rusiyanın "LUKOİL" neft şirkətinə məxsus "Teboil" operatoru ölkədəki yanacaqdoldurma məntəqələrini (YDM) bağlamağa hazırlaşır.
"Report" xəbər verir ki, bu barədə Qərb KİV-i məlumat yayıb.
Bildirilib ki, operator bu addımı ABŞ-nin sanksiyaları fonunda yanacaq çatışmazlığı səbəbindən atır.
Məlumata görə, "Teboil" ölkədə 430 yanacaqdoldurma məntəqəsinə sahibdir və bu da ümumilikdə 2250 məntəqənin təxminən beşdə birini təşkil edir.
"Yanacaqdoldurma məntəqələri yanacaq ehtiyatları tükəndikcə mərhələli şəkildə bağlanacaq", - KİV "Teboil"in bəyanatını sitat gətirib.
Finlandiyanın Nəqliyyat Nazirliyi məsələ ilə bağlı hələ ki şərh verməyib.
Son xəbərlər
16:01
İƏT-in Baş katibi: Azərbaycan region üçün istiqamətverici rol oynayır
Xarici siyasət15:57
İsrael Kats: "Hizbullah"ın tərksilah edilməsi hərbi əməliyyatımızın əsasını təşkil edir
Digər ölkələr15:57
Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilir, Prezident İlham Əliyev mərasimdə iştirak edir
Xarici siyasət15:56
Azərbaycanın U-19 millisi seçmə mərhələdə ardıcıl üçüncü məğlubiyyətini alıb
Futbol15:49
Foto
Quba Regional Turizm Şurası yaradılıb
Turizm15:46
Hikmət Hacıyev: Azərbaycan regional sahibliyin qəti tərəfdarıdır
Daxili siyasət15:42
Hipper: Avropa İttifaqı Azərbaycanda minatəmizləməyə dəstəyi genişləndirməyə hazırdır - EKSKLÜZİV
Xarici siyasət15:41
Foto
MDB Xarici İşlər Nazirləri Şurası inteqrasiya üzrə yeni addımları müzakirə edib
Xarici siyasət15:41