"KazMunayQaz" BTC ilə neft ixracını bərpa edib
Energetika
- 17 sentyabr, 2025
- 14:35
Qazaxıstanın "KazMunayQaz" milli şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracını bərpa edib.
Bu barədə "Report"un Qazaxıstan bürosu şirkətə istinadən bildirib.
"Sentyabrın 13-də Aktau limanından BTC istiqamətində 8,8 min ton "Kaşağan" nefti yola salınıb, növbəti yüklənmə sentyabrın 20-nə planlaşdırılır", - məlumatda qeyd olunur.
Xatırladaq ki, BTC ilə tədarük bu ilin avqustunda dayandırılmışdı. Səbəb bu marşrutla nəql edilən Azərbaycan neftinin ayrı-ayrı partiyalarında üzvi xlorid izlərinin aşkar edilməsi olub.
Şirkətin məlumatına görə, 2025-ci ilin 8 ayı ərzində BTC istiqamətində 0,9 milyon ton Qazaxıstan nefti nəql edilib.
Son xəbərlər
19:52
Tramp: İran ya saziş bağlamalı, ya da təslim olmalıdır
Digər ölkələr19:46
Foto
Bakıda 100-dən çox küçə və prospektdə genişmiqyaslı yol təmiri aparılır
İnfrastruktur19:44
Sülh Şurası Netanyahunu Qəzzaya zərbələri dayandırmağa çağırıb
Digər ölkələr19:36
Həsrət Cəfərov Azərbaycan idmançılarının reytinq siyahısında liderliyini qoruyub
Fərdi19:18
Hakan Fidan britaniyalı həmkarı ilə Qəzza və Ukraynadakı vəziyyəti müzakirə edib
Region19:15
Rusiya klubu Ramil Şeydayevi transfer etdiyini açıqlayıb
Futbol19:08
Foto
Zakir Həsənov hərbi attaşelərlə görüş keçirib
Hərbi19:04
Erhan Toker: "Azərbaycanı Avropa çempionatında çox yaxşı təmsil etdik"
Komanda18:57