Jan Baderşnayder: "Yaşıl texnologiya"lar sürətli keçid üçün əlverişli iqtisadi fürsətlər yaradır"

Energetika
  • 30 sentyabr, 2025
  • 17:43
Jan Baderşnayder: Yaşıl texnologiyalar sürətli keçid üçün əlverişli iqtisadi fürsətlər yaradır

Dünyada "yaşıl texnologiya"lar sürətli keçid üçün əlverişli iqtisadi fürsətlər yaradır.

"Report" xəbər verir ki, bunu "ExxonMobil" şirkətinin sabiq vitse-prezidenti Jan Baderşnayder (Jean Baderschneider) "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) 2-ci günündə bildirib.

Onun sözlərinə görə, iqlim dəyişikliyinə qarşı mübarizə ekoloji, mənəvi, həm də iqtisadi baxımdan vacibdir.

J.Baderşnayderin sözlərinə görə, hazırda elə bir mərhələyə çatıb ki, bərpa olunan enerji mənbələri inanılmaz dərəcədə ucuzdur: "Onlar demək olar ki, dünyanın hər yerində ən sərfəli enerji mənbəyidir. Sadəcə desək, "yaşıl enerji" birbaşa və açıq rəqabətdə qalıq yanacaqları üstələyir. Bunun səbəbi son illərdə baş vermiş fundamental iqtisadi inqilabdır. 2010-cu ildən bəri günəş enerjisi panellərinin, sahil külək turbinlərinin və batareyaların istehsal xərcləri müvafiq olaraq 90 %, 70 % və 89 % azalıb".

O əlavə edib ki, kömür, qaz və elektrik stansiyalarının tikinti xərcləri bu rəqəmlərlə müqayisədə daha yüksəkdir: "Son iki ildə günəş panelləri və batareya saxlanc sistemlərinin qiyməti yarıya düşüb, yəni xərclənən hər bir dollar indi iki dəfə daha çox enerji təmin edir".

Son xəbərlər

Bütün Xəbər Lenti