Hövsanda qaz təchizatı dayandırılacaq
Energetika
- 31 oktyabr, 2025
- 09:28
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan Bağlar yaşayış sahəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
"Report" bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Bildirilib ki, Suraxanı rayonu, Hövsan Qaz Tənzimləyici Məntəqədə aşkar olunmuş qaz sızmalarının ləğv olunması ilə əlaqədar bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Məlumata əsasən, təmir-bərpa işləri aparılan müddətdə Hövsan qəsəbəsi, Hövsan Bağlar yaşayış sahəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Son xəbərlər
08:38
SEPAH Küveytdəki ABŞ bazasının və PUA anqarının vurulduğunu açıqlayıb
Region08:26
Ağdamın Kəngərli kəndində açıq ərazidə yanğın başlayıb
Hadisə08:20
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur08:05
İrlandiyada keçmiş katolik sığınacağının ərazisində 99 körpənin qalıqları aşkarlanıb
Digər ölkələr08:00
Foto
Sarıcalı kəndində açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB-2
Hadisə07:45
Brent neftinin qiyməti son həftələrin maksimumunu yeniləyib
Energetika07:14
Tramp: ABŞ-ı yeni "şatdaun" gözləyir
Digər ölkələr06:50
ABŞ İrana qarşı 12-ci gecə hücumlarını başa çatdırıb - YENİLƏNİB
Region06:41