"Halliburton": Asan neft dövrü başa çatıb, qazma planlamasında yenə yanaşma tələb olunur
- 25 noyabr, 2025
- 11:00
Asan neft dövrü başa çatıb, şirkətlər yeni yanaşmaya keçməlidir.
"Report" xəbər verir ki, bunu "Halliburton" şirkətinin Şərqi Yarımkürə üzrə prezidenti Şannon Slokum Bakıda keçirilən "SPE Xəzər Texniki Konfransı 2025"də deyib.
Onun sözlərinə görə, son illər enerji sektorunda "asan hasil olunan neft" dövrü artıq arxada qalıb və operatorlar xidmət şirkətləri ilə əməkdaşlıqda yeni yanaşmaya ehtiyac duyurlar:
"Dünya illərlə asan neft ehtiyatlarına öyrəşmişdi. Amma indi vəziyyət dəyişib. Şirkətlər yeni yataqlara fərqli düşüncə tərzi ilə yanaşmalıdır. Operatorlar bizdən artıq daha erkən mərhələlərdə prosesə qoşulmağımızı, qazma planlamasında və avadanlıq seçimində birgə işləməyimizi istəyirlər".
Ş. Slokum bildirib ki, birgə əməkdaşlıq modeli nəticəsində daha səmərəli komanda işi, yüksək göstəricilər və yeni texnologiyaların daha sürətli tətbiqi əldə olunur:
"Birgə işləyəndə dünya səviyyəli nəticələr görürük - həm texnologiyanın tətbiqi sürətlənir, həm də qeyri-planlaşdırılan fasilələrin qarşısı alınır".