Hadrutda gənc energetiklərin innovasiya və ustalıq müsabiqəsinə start verilib

Energetika
  • 15 oktyabr, 2025
  • 10:45
Hadrutda gənc energetiklərin innovasiya və ustalıq müsabiqəsinə start verilib

Hadrutda gənc energetiklərin innovasiya və ustalıq müsabiqəsi start götürüb.

Bu barədə "Report"un Hadruta ezam olunmuş müxbiri xəbər verir.

Qeyd edək ki, Hadrutda "Azərişıq" ASC-nin yaranmasının 10 illik yubileyinə həsr olunmuş "Yeni nəsil energetiklərin innovasiya və ustalıq müsabiqəsi" keçirilir.

Ənənəvi olaraq hər il təşkil olunan yarışda bu dəfə 11 komanda iştirak edir. Müsabiqə çərçivəsində iştirakçılar həm nəzəri-intellektual, həm də praktiki bilik və bacarıqlarını nümayiş etdirirlər.

İntellektual mərhələdə komandaların qarşısına 50 sual qoyulacaq. Suallar Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın elektroenergetika sisteminin qurulması və inkişafındakı xidmətlərinə, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə enerji sektorunda aparılan islahatlara, eləcə də "Azərişıq" ASC-nin işğaldan azad olunmuş ərazilərdə son 5 ildə həyata keçirdiyi irimiqyaslı layihələrə həsr olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti