"GHGSat" rəsmisi: Emissiya mənbələri müəyyən dövri xarakter daşıyır

Energetika
  • 30 sentyabr, 2025
  • 17:20
GHGSat rəsmisi: Emissiya mənbələri müəyyən dövri xarakter daşıyır

Texnologiya təminatçısı kimi öyrənilən dərslərdən biri odur ki, emissiya mənbələri müəyyən dövri xarakter daşıyır.

"Report" xəbər verir ki, bunu İstixana Qazları Emissiyalarının Monitorinqi Xidmətinin (Greenhouse Gas Emissions Monitoring Service - "GHGSat") neft-qaz üzrə vitse-prezidenti Rayn Mettson Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) 2-ci günündə bildirib.

"İctimaiyyət bəzən düşünür ki, quyunu qazıb hasilatı başladınsa, hər şey sabit gedəcək, əslində belə deyil. İstehsalda dalğalanmalar olur - avadanlıqların yüklənməsi, təzyiq, istismar vəziyyəti dəyişir. Buna görə də monitorinqin müəyyən tezliklə aparılması vacibdir. Texnologiya təminatçısı kimi ən böyük çətinliklərimizdən biri, texnologiyanın dediyimiz kimi işlədiyini sübut etməkdir. Ancaq tərəfdaşlar dəstək verdikdə, "bəli, biz sizinlə proqram keçmişik və bu da texnologiyanın necə işlədiyinin sübutudur" dedikdə, bu işin davam etməsi üçün çox böyük kömək olur", - deyə o qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti