Energetika naziri Ağsuda vətəndaşları qəbul edib
- 19 mart, 2026
- 15:27
Energetika naziri Pərviz Şahbazov Ağsu rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, qəbulda vətəndaşların elektrik enerjisi və təbii qaz təchizatı, elektrik verilişi xətlərinin mühafizə zonası, elektrik enerjisinin fasilələrlə verilməsi, elektrik enerjisinin keyfiyyəti, elektrik xətlərinin istismar vəziyyəti, qaz sayğaclarının dəyişdirilməsi, işlə təminat və digər məsələlərə dair müraciətləri dinlənilib. Qaldırılan məsələlərin mövcud qanunvericiliyə uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.
Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Ağsu, Ağcabədi, Göyçay rayonlarından olan 14 vətəndaş iştirak edib.