EIA “Brent” neftininin ucuzlaşacağını proqnozlaşdırır
Energetika
- 08 aprel, 2020
- 06:40
Bu il “Brent” markalı neftin orta qiyməti əvvəlki proqnozdan 10 ABŞ dolları aşağı olacaq.
“Report” xəbər verir ki, bu barədə ABŞ hökumətinin Enerji Məlumatları Administrasiyasının (EIA) aprel ayı hesabatında qeyd edilib. Bildirilib ki, “Brent” markalı neftin bir barelinin 2020-ci il üzrə orta qiyməti 33 ABŞ dolları proqnozlaşdırılır.
EIA II rübdə bu markalı neftin orta qiymətini 23 ABŞ dolları proqnozlaşdırır. Proqnoza görə, ilin II yarısında isə qiymət qalxaraq 30 dollar/barel olacaq.
EIA 2021-ci il üzrə isə “Brent” markalı neftin bir barelinin orta qiymətini 46 ABŞ dolları məbləğində qiymətləndirir.
Qeyd edək ki, 2019-cu ildə “Brent” markalı neftin bir barelinin orta qiyməti 64 ABŞ dolları təşkil edib.
Son xəbərlər
09:25
Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb
Energetika09:21
Ağdamda baş vermiş yanğınlarla bağlı şübhəli bilinən şəxs saxlanılıb
Hadisə09:16
Rafael Benites Əlcəzair millisinin baş məşqçisi ola bilər
Futbol09:07
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (04.08.2026)
Maliyyə09:06
SOCAR: Kütləvi ixtisarlarla bağlı iddialar həqiqəti əks etdirmir
Energetika09:04
MİDA Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzilləri satışa çıxarır
İnfrastruktur09:04
DMX: Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda qeydiyyat qaydalarını pozması halları artıb
Daxili siyasət09:04
Moskva vilayətinə PUA hücumu nəticəsində beş nəfər ölüb
Region08:58