Dünya bazarında neftin qiyməti cüzi artıb
Energetika
- 16 aprel, 2021
- 06:12
Neftin qiymətində bu gün cüzi artım müşahidə olunub.
“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:11-də Şimal dənizində hasil olunan “Brent” neftinin iyun fyuçerslərinin qiyməti 0,13 faiz artaraq 67,03 ABŞ dollar səviyyəsində qərarlaşıb. WTI nefti isə 0,14 faiz bahalaşaraq bir bareli 63,55 dollara satılıb.
Məlumata görə, neftin bahalaşması Çindən gələn müsbət iqtisadi məlumatlar sayəsində baş verib. Belə ki, epidemioloji vəziyyətin yaxşılaşması və iqtisadiyyatın aktiv şəkildə bərpası fonunda Çinin ümumi daxili məhsulu 2021-ci ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 18,3 faiz artıb.
Son xəbərlər
12:00
Ramin Məmmədov Quzanlı qəsəbəsində vətəndaşları qəbul edib
Daxili siyasət11:55
Foto
Azərbaycan Latviya ilə iqtisadi əlaqələrin perspektivlərini müzakirə edib
Biznes11:54
Şahdağda qarın hündürülüyü 1 metri keçib - FAKTİKİ HAVA
Ekologiya11:53
Lebron Ceyms NBA-da 70-ci dəfə həftənin ən yaxşı oyunçusu seçildi
Komanda11:52
Gürcüstandan Azərbaycan vətəndaşı da daxil olmaqla 78 nəfər deportasiya edilib
Region11:52
Kayrat Sarıbay: AQEM qadınların bərabərliyinin təmin olunması üçün üzv dövlətlər arasında dialoqu təşviq edir
Xarici siyasət11:50
Türkiyədə məktəbə silahlı hücum olub, 7 şagird yaralanıb, girov götürülənlər var
Region11:47
"Falcon Finance" BOKT ötən ili zərərlə başa vurub
Maliyyə11:41