Çin Rusiyadan neft idxalını təxminən 15 % azaldır
Energetika
- 20 aprel, 2025
- 10:38
Cari ilin birinci rübündə Çin Rusiyadan neft idxalını keçən ilin eyni dövrü ilə müqayisədə 14,7 % azaldaraq 24,315 milyon tona çatdırıb.
“Report” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.
Üç ay ərzində tədarüklərin dəyəri 13 milyard dollar təşkil edib ki, bu da 2024-cü ilin yanvar-mart aylarının səviyyəsindən 22 % aşağıdır.
Həcmlərin azalmasına baxmayaraq, Rusiya Çinə ən böyük neft tədarükçüsü mövqeyini qoruyub.
Qeyd olunur ki, neft Rusiyadan idxalın ümumi dəyərinin 40 %-dən çoxunu təşkil edir.
Mart ayında tədarüklər 8,85 milyon ton təşkil edib ki, bu da fevral ayı ilə müqayisədə 14 % çoxdur. Pul ifadəsində Çin 4,6 milyard dollara neft alıb ki, bu da əvvəlki ayla müqayisədə 9 % çoxdur.
Son xəbərlər
15:02
Bir sıra dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirilib
Sağlamlıq14:54
İkinci Bakı Beynəlxalq İncəsənət Festivalının proqramı məlum olub
İncəsənət14:53
Pakistandan olan bir qrup hüquqşünas Azərbaycan Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb
Xarici siyasət14:52
"Neftçi"nin qadınlardan ibarət komandası UEFA Çempionlar Liqasına qələbə ilə başlayıb
Futbol14:45
Foto
"Wood Mackenzie"yə SOCAR-ın strateji hədəfləri barədə məlumat verilib
Energetika14:44
Səfir: Azərbaycan şirkətlərinin Ukrayna energetikasının modernləşdirilməsində iştirakına ümid edirik
Digər ölkələr14:43
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib - ƏLAVƏ OLUNUB
Daxili siyasət14:43
Azərbaycan tomat ixracından gəlirini 10 % artırıb
Biznes14:35